Maşından 20 min manat oğurlayan şəxs saxlanıldı

20.07.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Qaradağ rayonunda "Hunday" markalı avtomobildən 19 800 manat oğurlamaqda şübhəli bilinən 33 yaşlı O.İbrahimov saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, rayon ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısından 780 manat dəyərində müxtəlif oyuncaqlar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin ticarət mərkəzində çalışan 35 yaşlı T.Bayramov və 54 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью