Maşından 5000 manatlıq oğurluq

04.11.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yasamalda “Toyota” markalı avtomobildən 5000 manatlıq kompüter oğurlanıb.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının “Toyota” markalı avtomobilindən 5000 manat dəyərində kompüter oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı R.Quliyev və 38 yaşlı V.Əskərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью