Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kürdəmirdə avtomobildən yıxılan sürücü ölüb.
Yenisabah.az xəbər verir ki, mayın 5-də Kürdəmir şəhəri Şəhriyar küçəsi, ev 39-un qarşısında orada yaşayan 1967-ci il təvəllüdlü Elman Ənvər oğlu Məmmədov idarə etdiyi “Ford” markalı avtomobildən düşərkən yıxılaraq boyun nahiyəsini sındırıb.
Xəstəxanaya yerləşdirilmiş E.Məmmədov mayın 28-i ölüb.
Faktla bağlı araşdırma aparılır.