Maşından düşüb irad bildirən sürücünü bir hərəkətlə... Hamı bu videodan danışır VİDEO

08.06.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda yol hərəkəti zamanı qayda pozan bir sürücü iki avtomobilin hərəkətinə mane olub. Avtosfer.az-ın məlumatına görə, hadisə anını qeydə alan sürücü görüntüləri sosial şəbəkədə paylaşıb və video qısa zamanda geniş marağa səbəb olub.

Görüntülərdən məlum olur ki, səhv manevr edən sürücünün hərəkətinə görə 90-YQ-121 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü əsəbiləşərək avtomobilindən düşüb və iradını bildirib. Bu zaman qayda pozan sürücü əvvəlcə qarşı tərəfdən üzr istəyib, daha sonra isə digər narazı sürücüyə yaxınlaşaraq ondan da üzr istəyib. Onun bu davranışı gərginliyi dərhal azaldıb və mübahisənin böyüməsinin qarşısını alıb.

Bu hadisə bir daha göstərir ki, bəzən bircə "üzr istəyirəm" sözü uzun mübahisələrin və lazımsız gərginliyin qarşısını ala bilir. Səhvi etiraf etmək insanı kiçiltmir, əksinə, onun mədəniyyətini və məsuliyyət hissini ortaya qoyur.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью