Maşını arxaya sürdü Piyadanı vurub öldürdü

02.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki,  Ehtiram Paşayev idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobili arxa-arxaya sürərkən yol kənarında dayanmış piyada Nurəddin Ağacan oğlu Fərəcovu vurub. Piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью