Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Binəqədi rayonu, Cavadxan küçəsində sürücünün təhlükəli manevrləri kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 21-də səhər saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, 77-XT-271 dövlət nömrə nişanlı "Changan" markalı avtomobilin sürücüsü sağ zolaqda dayanmış avtobusla sol zolaqda hərəkət edən avtomobilin arasından keçməyə çalışıb. Bu zaman o, sol zolaqdakı avtomobili sıxışdıraraq hərəkətinə mane olub.
Bununla kifayətlənməyən sürücü bir qədər sonra yenidən sol zolağa manevr edərək həmin avtomobilin qarşısına keçib və qəza şəraiti yaradıb.
Nərmin
bax.tvhttps://bax.tv/embed/229240.html