Maşını cərimə meydançasına aparılan sürücülər bu qədər pul ödəyəcəklər

24.09.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyinin (DİN) balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği təsdiqlənib.

Modern.az xəbər verir ki, bununla bağlı DİN-in kollegiyası qərar qəbul edib.

Sıra

№-si

Adı

Ölçü vahidi

Haqqın məbləğı (manatla, ƏDV daxil)

1.

Nəqliyyat vasitələrinin təxliyə avtomobilləri ilə duracaqlara gətirilməsi

ədəd*reys

30

2.

Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması

2.1.

Kütləsi 3,5 tona qədər olan (3,5 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq

ədəd*gün

2

2.2.

Kütləsi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq

ədəd*gün

3

2.3.

Kütləsi 10 tondan yuxarı olan 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq

ədəd*gün

5

Qeyd 1. Qoşqulu nəqliyyat vasitəsinin duracaqda saxlanılmasına görə həmin nəqliyyat vasitəsi üçün müəyyən edilmiş haqqın 50%-i miqdarında əlavə haqq hesablanır.

Qeyd 2. Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью