Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində dayanma-durma qaydalarını pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 4-də günorta saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, 10-RD-011 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyada keçidinin üzərində və yolun döngə hissəsində saxlayıb.
Sürücünün bu hərəkəti piyadaların keçiddən rahat və təhlükəsiz istifadəsinə mane olmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb. Xüsusilə döngə hissəsində avtomobilin saxlanılması görünmə məsafəsini məhdudlaşdırıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, piyada keçidlərində və döngələrdə dayanma-durma qadağandır və inzibati məsuliyyətlə nəticələnir.
Nərmin