Maşını gecə park edərkən bu səhvi etməyin

12.09.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Avtomobili gecə park edərkən sürücülərin yol verdiyi bəzi səhvlər səhər saatlarında xoşagəlməz vəziyyətlərə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, xüsusilə avtomobili ağacların altında və ya işıqlandırılmayan ərazilərdə saxlamaq riskli hesab olunur. Ağacların altında park edilmiş avtomobilin üzərinə gecə ərzində budaq, yarpaq və digər əşyalar düşə, zəif işıqlandırılan ərazilərdə isə avtomobilin görünməsi çətinləşə bilər.

Mütəxəssislər avtomobili mümkün qədər işıqlı, təhlükəsiz və icazə verilən ərazidə park etməyi tövsiyə edirlər. Həmçinin gecə saatlarında avtomobili yolun kənarında saxlayarkən digər nəqliyyat vasitələrinin onu rahat görə bilməsinə diqqət yetirmək lazımdır.

Xüsusilə yağışlı və küləkli havalarda ağacların altında avtomobil saxlamaqdan çəkinmək daha məqsədəuyğundur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью