Maşını günün hansı saatlarında və necə yuduzdurmaq lazımdır? QAYDALAR | Icma.az
Icma.az, Avtosfer saytına istinadən bildirir. Avtomobilin düzgün yuyulmaması onun boyasına ciddi ziyan vura bilər.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər avtomobilin yuyulması zamanı ən çox edilən səhvləri açıqlayıb.
Əgər siz də bu vərdişlərə sahibsinizsə, dərhal dəyişməlisiniz. Avtomobili günəş altında yumaq boyaya ləkələr sala bilər.
İsti hava şəraitində su və sabun tez buxarlanır, nəticədə avtomobilin səthində izlər və qalıqlar yaranır.
Ən ideal vaxt səhər tezdən və ya gün batımına yaxın saatlardır.
Avtomat yuyucu fırçalar avtomobilin üzərindəki kir və tozla birlikdə boyaya da xəsarət yetirə bilər.
Bu cızıqlar zamanla avtomobilin görünüşünü pozur. Ən yaxşı seçim əl ilə yumaq və xüsusi avtomobil şampunlarından istifadə etməkdir.
Qab yuyucu mayelər avtomobilin boyasını qoruyan təbəqəni zədələyə bilər. Aşındırıcı süngərlər isə cızıqlara səbəb olur.
Tam oxu
Xəbəri oxu