Maşını idarə edən zaman ürəktutmasından öldü

31.07.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xaçmazda avtomobil daş səkiyə çırpılıb.

Axar.az xəbər verir ki, Rövkət Qurban oğlu Yunusov idarə etdiyi QAZ-3302 markalı, 40 BH 723 dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Xaçmaz-Quba yolunun 1-ci kilometrində hərəkətdə olarkən ürəktutmasından vəfat edib.

O, sükan arxasında öldüyündən avtomobil daş səkiyə çırpılıb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью