Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda dayanma-durma qaydasını pozan sürücünün fotoşəkillərini oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Sabit Rəhman küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, 77-YS-543 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü kəsişmə yerində parklanma edərək maneə yaradıb. Qanunsuz parklanma səbəbindən piyadalar yolu keçməkdə, digər nəqliyyat vasitələrinin sürücüləri isə sağa dönməkdə çətinlik çəkiblər.
Fərid