Maşını keçiddə park edən sürücü baxın piyadaları necə təhlükəyə atdı VİDEO

16.12.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt şəhəri Məhəmməd Əsədov küçəsində dayanma-durma qaydasını pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz görüntü bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, 50-DB-358 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü maşıbı piyada keçidində park edib. Nəticədə yolu keçmək istəyən piyadalar səkidə gözləyə bilmədikləri üçün maşından öndə dayanmalı olublar. Bu isə həm onlara, həm də sürücülərə qəza təhlükəsi yaradıb.
Xatırladaq ki, qanunvericiliyə görə, piyadalar üçün nəzərdə tutulmuş keçidlərinin üzərində və ona 5 metr yaxın məsafədə dayanmaq qadağandır. Bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 60 manat məbləğində cərimələnə bilərlər.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью