Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakıda dayanma-durma qaydasını pozan sürücü digər insanların qəzəblənməsinə səbəb olub. Bu barədə oxuculardan biri qeydə aldığı videogörüntünü Avtosfer.az-a göndərib. Hadisə dekabrın 3-də, paytaxtın Mirzəağa Əliyev küçəsində baş verib.
Belə ki, 77-YN-046 qeydiyyat nişanlı "Lada" markalı avtomobilin sürücüsü yolun hərəkət olan hissəsində parklanma edərək ərazidən uzaqlaşıb. Həmin yoldan istifadə edən digər sürücülər məcburi şəkildə istiqamətlərini dəyişməli olublar.
Sözügedən videonu təqdim edirik.
Könül Rauf