Maşını məhəllənin girişində saxlayan sürücü təcili yardımın yolunu bağladı VİDEO

14.10.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsində qayda pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına video göndərib. Hadisə oktyabrın 13-də saat 23:30 radələrində qeydə alınıb. Kadrdan görünür ki, 90-XM-792 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin yolun ortasında park edilib. Bu səbəbdən ərazidən keçən təcili tibbi yardım maşınının hərəkəti dayanıb. 

İzləyici bildirib ki, sürücü hadisə yerində olmayıb və ağır xəstə üçün çağırışa gələn təcili yardım maşını dəqiqələrlə onu gözləyib. Sonda məhəlləyə daxil ola bilməyən tibbi yardım maşını məcbur olaraq hərəkət istiqamətini dəyişib və nəticədə ünvana gec çatıb.

Qanunvericiliyə görə, yolun hərəkət hissəsində dayanmaq və ya nəqliyyat vasitəsini saxlamaq qadağandır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью