Maşını nişanın yanında park edən sürücü cərimələnməmək üçün bu üsula əl atdı VİDEO

03.04.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Kiçik Dənizlə 28 May küçələrinin kəsişməsində qayda pozan sürücü kameraya düşüb.

Xoşagəlməz halla bağlı izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” adresinə videomaterial göndərib. Belə ki, 90-OD-009 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü dayanma və durmanı qadağan edən nişanının (3.27 nişanı) təsir sahəsində park edib. Şikayətçinin sözlərinə görə, maşınını uzun müddət ərazidə saxlayan sürücü cərimədən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanına müdaxilə edib. Videodan da görünür ki, qayda pozan şəxs maşının qeydiyyat nişanına iki rəqəminə kağız yapışdıraraq gizlətməyə çalışıb. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью