Maşını nömrəsiz sürüb “TikTok”da paylaşan sürücü CƏRİMƏLƏNDİ VİDEO

24.04.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yol hərəkəti qaydasını pozan sürücü videosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, görüntü  Zaqatala rayonu ərazisində qeydə alınıb. Belə ki, 62-BO-693 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobilin sürücüsü maşını dövlət nömrə nişanı olmadan idarə edib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sürücü müəyyən olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Nərmin


 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью