Maşını oğrulardan qorumaq üçün belə edir VİDEO

15.06.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkələrdə yayılan maraqlı video sürücülərin diqqətini çəkib və geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, videonu paylaşan avtomobil sahibi nəqliyyat vasitəsini oğurluqdan qorumaq üçün fərqli üsula əl atdığını nümayiş etdirib. Görüntülərdə onun avtomobilin əyləc hissəsini maşın açarları ilə sabitlədiyi və əlavə olaraq qıfıl vurduğu əks olunub.

Qeyri-adi təhlükəsizlik tədbiri izləyicilər arasında maraq doğurub. Bəzi istifadəçilər bu ideyanı yaradıcı hesab edərək sürücünün tədbirli davrandığını bildiriblər. Digərləri isə bu üsulun nə dərəcədə effektiv olması ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Qısa müddətdə minlərlə baxış toplayan video sosial şəbəkələrdə ən çox müzakirə olunan paylaşımlardan birinə çevrilib.

Hüseyn
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью