Maşını parkinqdən tərpədəndə diqqətli olun; qəza törədə bilərsiz Sürücülərə TÖVSİYƏ VİDEO …
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir. Avtomobili yerindən tərpədərkən yol-nəqliyyat hadisəsinin baş vermə ehtimalı hər
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “AvtoFM” radiosunun efirində çıxışı zamanı bu məqama diqqət çəkib.
Məşqçi bildirib ki, yol hərəkəti qaydalarına əsasən, sürücü hərəkətə başlamazdan əvvəl sol güzgüyə baxmalıdır.
Lakin bu tələbin təkbaşına kifayət etmədiyini qeyd edən Aqil Rəhimov vurğulayıb ki, təhlükəsizliyin təmin olunması üçün sürücülər üç güzgü sistemindən istifadə etməlidirlər.
Onun sözlərinə görə, xüsusilə ticarət mərkəzlərinin, yaşayış binalarının yaxınlığında insanlar yorğunluq səbəbindən avtomobillərə sağdan, soldan və ya arxa hissədən söykənə bilirlər.
Bu zaman sürücü yalnız sol güzgüyə baxaraq hərəkətə başlasa, avtomobilə söykənmiş şəxsin yıxılma riski yarana bilər.
Belə hallarda baş verən hadisələrdə sürücünün də müəyyən məsuliyyəti formalaşır.
İllərdir cərimə meydançasında qalan maşınların taleyi necə olacaq – DYP və ekspertdən AÇIQLAMA Aqil Rəhimov qeyd edib ki, nəqliyyat vasitəsinə görə əsas cavabdeh şəxs sürücüdür və bu səbəbdən hərəkətə başlamazdan əvvəl ətraf mühitə tam nəzarət vacibdir.
Tam oxu
Xəbəri oxu