Maşını qaçırıb stadiona daxil olmaq istədi Bakıda olay

18.11.2024

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a bildirillib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.

Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью