Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Qubada gəncin su kanalında batdığı ehtimal edilir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Mirzəməmməd kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov "KamAZ" markalı avtomobili üçün kanaldan su götürmək istəyərkən ehtiyatsızlıq edərək sürüşüb və suya düşüb.
Hazırda itkin düşdüyü ehtimal olunan şəxsin axtarışları davam etdirilir.