Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində kobud qayda pozan sürücü görüntülənib.
İzləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərərək hadisə barədə məlumat verib.
Belə ki, 99-XT-776 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozub.
Kadrlardan göründüyü kimi, qadın sürücü maşını yolun hərəkət hissəsində saxlayaraq ərazidən kənarlaşıb.
Nəticədə o, arxadan gələn nəqliyyat vasitələrinin yolunu kəsib.
İzləyicinin sözlərinə görə, marketə gedib qayıdan sürücü bir müddət sonra avtomobili yenidən yolda saxlayaraq hərəkəti məhdudlaşdırıb.
Qeyd edək ki, sözügedən küçədə bütöv xətt çəkilib və yaranan vəziyyət səbəbindən digər sürücülər yollarına davam etmək üçün bu xətti keçməli olublar.
Nərmin
Oxunub 242