Maşını yolun ortasına atıb getdi; piyadalar keçidə girə bilmədi VİDEO

22.05.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda dayanma-durma qaydasını pozan sürücü hərəkət iştirakçılarına ciddi maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 21-də, paytaxtın Feyzulla Qasımov küçəsində qeydə alınıb.

Belə ki, 77-VA-313 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü piyada keçidinin üzərində dayanaraq hərəkət iştirakçılarının yolunu kəsib. Eyni zamanda yolayrıcına 5 metrdən yaxın dayandığı üçün sağa dönən nəqliyyat vasitələrinin hərəkətinə də çətinlik yaradıb.

Qeydə alınmış fotoları təqdim edirik.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью