Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakıda dayanma-durma qaydasını pozan sürücü sakinlərin yolunu kəsib. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 27-də, paytaxtın Xudu Məmmədov küçəsində qeydə alınıb. Belə ki, 99-RE-775 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yolun ortasında park edərək çıxıb gedib. Bu səbəbdən yolda hərəkət məhdudlaşıb. Sakinlər bildirirlər ki, avtomobil yanvarın 26-ı axşam saatlarından orada park edilib. Sürücünü tapmaq mümkün olmadığından sakinlər avtomobillərini həyətdən çıxara bilməyiblər.
Hadisə yerindən qeydə alınmış fotoları təqdim edirik.
Fərid

Oxunub 262