Maşını yolun ortasında saxlayan sürücü çıxıb getdi: Yolda təhlükə yarandı VİDEO

29.01.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xırdalanda yol hərəkəti qaydalarının kobud şəkildə pozulması digər sürücülərin hərəkətinə maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 50-EG-357 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü yolun ikinci cərgəsində dayanaraq nəqliyyat vasitəsini tərk edib. Onun bu məsuliyyətsiz hərəkəti yolda sıxlığa və digər sürücülərin narazılığına səbəb olub. Qeydə alınmış videodan da görünür ki, sürücü heç bir narahatlıq hiss etmədən avtomobildən düşərək uzaqlaşıb, nəqliyyatın hərəkətinə maneə yaratdığının isə fərqində olmayıb.

Könül Rauf

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью