Maşını yolun ortasında saxlayan sürücülər hər gün hərəkəti iflic edirlər VİDEO

08.10.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakıda parklanma qaydasını pozan sürücülər hərəkətə çətinlik yaradırlar. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Əhməd bəy Ağaoğlu küçəsinin girişindən gedir. Belə ki, McDonald'sın qarşısında avtomobili bucaq altında park edən sürücülər zolaqları zəbt etdikləri üçün hərəkət iflic olur. Ərazidən qeydə alınan videodan da aydın şəkildə görünür ki, 4-5 avtomobilin qanunsuz parklanması yolda uzun tıxaca səbəb olub. Eyni zamanda park edilmiş avtomobillərə görə, sürücülər bütöv xəttin tələbini pozaraq sol zolağa keçməli olurlar. Bu da Vaqif prospektindən gələn nəqliyyat axınına maneə törədir.

Qeyd edək ki, bu küçədə hər gün eyni hal yaşanır.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью