Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Bakının Yasamal rayonunda yerləşən avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4300 manat dəyərində qızıl boyunbağı oğurlanıb.
Milli.Azxəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az