Maşının gah damına, gah da salonuna sayrışan işıq quraşdırıb “TikTok”da paylaşdı VİDEO

23.04.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 90-BK-414 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü maşının damına və salonuna operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş göy və qırmızı sayrışan işıq siqnalları quraşdırıb.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью