Maşının güzgüsünə sayrışan işıq quraşdırıb təhlükə yaradan sürücü 10 RY 287 VİDEO

07.04.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Binəqədi rayonunda qaydaları kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 10-RY-287 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü yaşayış zonasında təhlükəli manevrlər edib. Belə ki, o, dar yolda maşını gah sağa, gah da sola sürərək “şou” göstərib.

Digər kadrda isə sürücünün maşının güzgüsünə operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş göy və qırmızı sayrışan işıq siqnalları quraşdırdığı aydın şəkildə əks olunub.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью