Maşının nömrəsini oğurlayıb Rənc Roverə bağladılar

04.11.2024

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Yasamal rayonu ərazisində "Daevoo" markalı avtomobilin hər iki dövlət qeydiyyat nişanının oğurlanması barədə polisə məlumat daxil olub.

News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə oğurlanmış qeydiyyat nişanları noyabrın 3-də Nizami rayonu ərazisində R.İsgəndərliyə məxsus "Rənc Rover" markalı avtomobilin üzərində aşkar edilib və o, 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью