Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabunçu rayonunun Ramana qəsəbəsində avtomobilin qapısının açıq qalmasından istifadə edən şəxs maşından 6 min manat pul və bank kartlarını oğurlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, hadisə ilə bağlı zərərçəkən şəxs polisə müraciət edərək avtomobilindən 6000 manat nağd pulun və bank kartlarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, şübhəli şəxs avtomobilin qapısının açıq olmasından istifadə edərək oğurluğu həyata keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Post navigationPrevious: Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib