Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Buzlu yolda maşının sürüşməməsi üçün özlərini təhlükəyə atan gənclər kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisənin görüntüsü sosial şəbəkələrdə geniş yayılıb. Kadrdan da aydın olduğu kimi, iki gənc hərəkətdə olan 55-BJ-792 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin banına uzanıblar. Belə ki, onlar yol boyu maşının banından sallanaraq özləriylə yanaşı ərazidən keçən sürücülərə də qəza şəraiti yaradıblar.
Qeyd edək ki, baş verə biləcək qəzanı aradan qaldırmaq üçün seçilən bu “üsul” tamamilə yanlışdır. Əksinə bu qəza riski artır, hətta sərnişinlərin avtomobilin altında qalmalarına səbəb ola bilər.
Nərmin