Maşının qəfil dayanması və sönməsi hansı təhlükələrdən xəbər verir? ARAŞDIRMA FOTO | Icma.…
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Bəzən avtomobil hərəkətdə olarkən qəfil dayana bilər.
Bu cür hallar sürücülər üçün həm narahatedici, həm də təhlükəli ola bilər.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər bildirir ki, bu kimi hallarda avtomobili yenidən işə salmaq problemin həlli deyil və uzunmüddətli zərərlərə səbəb ola bilər.
Avtomobilin qəfil dayanmasının əsas səbəblərindən biri hava filterinin çirklənməsidir.
Zamanla toz və kirin yığılması mühərrikə daxil olan havanın qarşısını alır və nəticədə düzgün hava-yanacaq qarışığı təmin olunmur.
Bu da mühərrikin dayanmasına gətirib çıxara bilər. Digər geniş yayılmış səbəb yanacaq injektorlarının tıxanmasıdır.
Yanacağın içindəki çöküntülər və kirlər bu hissələrə təsir edərək mühərrikin qeyri-sabit işləməsinə, yanacaq sərfiyyatının artmasına və qəfil dayanmalara səbəb olur.
Yanacaq pompasındakı nasazlıqlar da bu cür hallara yol aça bilər.
Tam oxu
Xəbəri oxu