Maşınını işçilərə yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Texniki işşilərə maşınını yudurdan  Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən azad olunub.

Məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью