Maşınla azyaşlını vurub öldürdü, hadisə yerindən qaçdı

27.11.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında Lənkəran-Lerik magistral yolunda, Darquba kəndi ərazisində baş verib.

Belə ki, C.Quluzadənin idarə etdiyi VAZ-21011 markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən Darquba kənd sakini, 10 yaşlı Ə.Yusubzadəni vurub. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Lənkəran Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, 2016-cı il təvəllüdlü şəxs (kişi) 27 noyabr saat 12:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Çoxsaylı xəsarətlər alan azyaşlı aparılan reanimasiya tədbirlərinə baxmayaraq vəfat edib.

Sürücü hadisə yerindən yayınsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью