Maşınla vurulan 12 yaşlı uşaq öldü

08.11.2024

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Moderator.az-a bildirilib ki, hadisə dünən saat 18:40 radələrində köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində olub.

Belə ki, E.Mütəllimov idarə etdiyi avtomobillə 2012-ci il təvəllüdlü Məhəmməd Qarayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью