Maşınlar toqquşdu Yaralı var

15.06.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncədə iki maşın toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobil toqquşub. Toqquşma zamanı maşınlardan biri hərəkət edən motosiklet qoşqusuna çırpılıb.

Nəticədə qoşqunu idarə edən 1992-ci il təvəllüdlü Göygöl sakini Turxan Hüseynov xəsarət alıb.

Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью