Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çin təhlükəsizlik səbəbi ilə "Tesla" və digər elektrikli avtomobillərdə geniş istifadə olunan gizli qapı tutacaqlarını qadağan edən ilk ölkə olacaq.
Bakıvaxtı.az xəbər verir ki, qayda ölümcül "Xiaomi" qəzalarından sonra hazırlanıb və 1 yanvar 2027-dən etibarən bütün avtomobillərdə içəridən və çöldən əl ilə açılan mexaniki tutacaqların olmasını tələb edir.
Yeni tələblər hazırda gizli tutacaqlardan istifadə edən avtomobillərin təxminən 60 faizini əhatə edir və istehsalçıları dizayn dəyişikliklərinə məcbur edəcək.
Qərarın həm Çin, həm də qlobal avtomobil bazarında dizayn tendensiyalarını dəyişdirəcəyi gözlənilir.
Əli Hüseynov