Maşınlardan oğurluq etmək istədi Tesla nın kamerasına düşdü

04.02.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Bakı Əyləncə Mərkəzinin yanında yerləşən ödənişli parklanma ərazisində maraqlı hadisə yaşanıb. 

AZXEBER.COM-a göndərilən görüntülər 3 fevral 2025-ci il gecə saat 10 radələrində lentə alınıb. 

Kadrlardan göründüyü kimi naməlum şəxs avtomobillərə yaxınlaşaraq bir-bir qapıların açıq olub-olmadığını yoxlayır. Soyğunçuluğa meyillənən şəxsin bu addımı baş tutmur. 

Maraqlı olan isə, görüntülərin "Tesla" abtomobili tərəfindən çəkilməsidir. Belə ki, naməlum şəxs ilk növbədə "Tesla"nın qapısını açmaq istəyir. Avtomobilin özünümüdafiə sistemi işə düşərək görüntüdəki şəxsi lentə alıb. 

Avtomobil sahibləri məsələ ilə bağlı ərazidəki parklanma xidmətinin əməkdaşlarına müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.

View this post on Instagram

A post shared by Azxeber Media (@azxeber)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью