Maşınları harada gəldi saxlayıb hərəkəti çətinləşdirən sürücülər FOTO

04.11.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın müxtəlif ərazilərində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.

Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərib. Azadlıq prospektiylə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində qeydə alınmış görüntüdə 99-UO-242 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü yolayrıcında dayanaraq nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədib. Zərərçəkmişin sözlərinə görə, dəqiqələrlə süni tıxac yaradıb.

Dilarə Əliyeva küçəsində çəkilmiş fotoşəkildə 99-SH-100 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsü avtobus zolağında dayanaraq hərəkəti çətinləşdirib. Sürücünün iddiasına əsasən, qayda pozan şəxs sərnişin gözlədiyini bildirirək zolaqdan çıxmayıb.

99-SA-066 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü isə Abay Kunanbayev küçəsindəki avtobus dayanacağını zəbt edib. Nəticədə sürücülər avtobusu dayanacaqdan kənar - sol zolaqda saxlamalı olublar. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью