Maşınların qarşısında park edib gedən sürücü saatlarla yoxa çıxdı VİDEO

02.06.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda dayanma-durma qaydasını pozan sürücü sakinlərin yolunu kəsib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 1-də paytaxtın Yeni Yasamal ərazisində yerləşən binaların birinin həyətində qeydə alınıb.

Belə ki, 90-PU-434 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü həyətdə park edilmiş maşınların qarşısında dayanaraq çıxıb gedib. Qaydaları pozan sürücü digər avtomobillərin önünü kəsdiyi üçün sürücülər saatlarla gözləməli olublar.

Onlar baş verən hadisə ilə bağlı 102 və 902 qaynar xəttinə şikayət ünvanlayıblar.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью