Maşınların rəngi dəyişdi: Sürücülər şoka düşdü SƏBƏB

18.08.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Türkiyənin Afyonkarahisar vilayətinin Dinar-Çay avtomobil yoluna tökülən boya yağışdan sonra yayılaraq yoldan keçən avtomobillərin rəngini dəyişib.

Avtosfer.az HaberGlobal-a istinadla xəbər verir ki, hadisə nəticəsində bəzi avtomobillərin kapotunda bənövşəyi və ağ rəngdə izlər yaranıb. Avtomobillərinin rənginin dəyişdiyini görən sürücülər böyük təəccüb yaşayıb və zərərin aradan qaldırılması üçün yanacaqdoldurma məntəqələri və avtoyuma məntəqələrinə müraciət ediblər.

Aparılan araşdırma zamanı boyanın M.Ö.-nün idarə etdiyi TIR-dan yola töküldüyü müəyyənləşib. Hadisə ilə bağlı sürücüyə 3 min lirə cərimə tətbiq edilib və 15 cərimə balı yazılıb.

Yol Dinar Bələdiyyəsinin yanğınsöndürmə əməkdaşları və boya şirkətinin işçiləri tərəfindən təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью