Mask 100 milyard dollara yeni kosmik liman tikir

26.08.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Amerikalı milyarder İlon Maskın “SpeysX” şirkəti 100 milyard dollarla "Starbase, Luiziana" kosmik limanı inşa edəcək.

Axar.az xəbər verir ki, bu barədə şirkət rəsmi məlumat yayıb.

Məlumata görə, tikinti işlərinə 2027-ci ildə başlanması, kosmodromdan isə ilk buraxılışın 2029-cu ildə həyata keçirilməsi planlaşdırılır.

Şirkət layihəyə ən azı 100 milyard dollar investisiya qoymağı və 3 mindən çox iş yeri yaratmağı nəzərdə tutur.

“Starbase” ildə minlərlə “Starship” uçuşunu dəstəkləmək üçün inşa ediləcək. Bu, yanacaq istehsal edəcək və elektrik enerjisi ilə təmin edəcək müstəqil kosmodrom olacaq”, - açıqlamada bildirilib.

Hazırda “Starship” kosmik gəmisinin prototiplərinin bütün sınaq uçuşları Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью