Mask 13 cü övladının anasına 2,5 milyon dollar verib

01.04.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Mask bu barədə "X" sosial şəbəkəsində elan edib.
Mask super milyarderlər reytinqinə başçılıq edir: 420 milyardı var "Onun mənim uşağım olub-olmadığını bilmirəm. Amma məsələni aydınlaşdırmağa da etiraz etmirəm. Bunun üçün məhkəmə qərarı belə tələb olunmur. Bir sözlə, dəqiq bilməsəm də, mən Eşliyə artıq 2,5 milyon dollar vermişəm və ona ildə 500 min dollar verirəm", - Mask yazıb.
Xatırladaq ki, 26 yaşlı amerikalı mühafizəkar fəal və yazıçı Eşli Sent Kler jurnalistlərə açıqlamasında Maskdan uşaq dünyaya gətirdiyini demişdi. O, hər kəsdən şəxsi həyatına hörmət edilməsini istəyib. Onun sözlərinə görə, körpə artıq beş aylıqdır. Yazıçı etiraf edib ki, uşağı müəyyə məsələlərdən qorumaq üçün əvvəllər bu barədə danışmayıb. Sent Kler söz verib ki, Maskın övladının təhlükəsiz böyüməsi üçün əlindən gələni edəcək. Qadın media nümayəndələrini şəxsi həyatının məxfiliyinə hörmət etməyə çağırıb.
İlon Maskın özü isə yeni bir övladının ortaya çıxması xəbərinə bir sözlə reaksiya vermişdi. Bu, “Aha!” olub.
Mask fevral ayında "Altrata" analitik şirkətinin tərtib etdiyi super milyarderlər reytinqində birinci yerdə qərarlaşmışdı. "The Wall Street Journal"ın yaydığı məlumata görə, dünyada ultra varlı insanlar kateqoriyasına düşən zənginlər var ki, onlara artıq super milyarderlər deyirlər. Bu kateqoriyadan olan milyarderlər əsasən son onilliklərdə meydana çıxıblar və onların hər birinin sərvəti ən azı 50 milyard dollardır.
Super milyarderlərin arasında lider olan isə Maskdır. Onun sərvəti 419,4 milyard dollar dəyərində qiymətləndirilir.
Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью