Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən Elon Mask, Ağ Evin hazırkı rəhbəri Donald Trampın dördüncü müddətə yenidən seçilməsi ehtimalı barədə danışarkən amerkalıları "qabaqcadan düşünməyə" çağırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bizimyol.info xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.
"İrəlini düşünün!" - deyə Mask, üzərində "Trump 2032" sözləri yazılmış beysbol papağının şəklini yerləşdirən istifadəçinin yazısına şərh yazıb.
Bu arada, "Reuters" üçün "Ipsos" tərəfindən aprelin 22-də yayımlanan bir sıra sorğular göstərib ki, respondentlərin təxminən dörddə üçü Trampın 2028-ci ildə üçüncü müddətə namizəd olmasını istəmir.
Daha əvvəl Tramp "NBC News"a deyib ki, o, üçüncü müddətin mümkünlüyündən danışarkən "zarafat etmir", lakin Ağ Evin mətbuat xidməti daha sonra bildirib ki, hələlik bunu müzakirə etmək istəmir.
Qadir, Bizimyol.info