Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pandemiyanın başlanğıcından bəri super varlıların sərvəti 81 faiz artaraq qlobal sosial uçurumu daha da genişləndirib.
Bəşəriyyətin yarısı yoxsulluqla mübarizə apararkən, dünya milyarderlərinin xalis sərvəti stratosferik 18,3 trilyon dollara çatıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, sərvətin bir neçə nəfərin əlində cəmləşməsi demokratik institutları məhv etməyə başlayır.
Milli.Az-ın xəbərinə görə, bu barədə Oxfam xeyriyyə təşkilatının illik hesabatında bildirilir.
Sənəd Davosda keçirilən Dünya İqtisadi Forumu ərəfəsində dərc edilib.
2025-ci ilin sonuna qədər dünya milyarderlərinin ümumi sərvəti 2,5 trilyon dollar artaraq yeni rekord qıracaq.
"Oxfam"ın məlumatına görə, milyarderlərin ümumi sərvəti 2020-ci ilin mart ayından bəri 81 faiz artaraq 18,3 trilyon dollarlıq rekord həddə çatıb.