Mask: ABŞ büdcəsi ildə təxminən 700 milyard dollar itirir

04.02.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ hökumətindəki maxinasiyalar nəticəsində ölkə büdcəsi hər il təxminən 700 milyard dollar itirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask sosial şəbəkələrdə məlumat verib.

"Hökumətdəki fırıldaqlar nəticəsində itkilər federal proqramlar üzrə bütün ödənişlərin təxminən 10 %-ni təşkil edir. Bu da ildə təxminən 700 milyard dollara bərabərdir", - o qeyd edib.

Onun hesablamalarına görə, ödənişlərin həcminin ən azı 15 %-i (təxminən 1 trilyon dollar) amerikalı məmurlar tərəfindən israf edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью