Mask ABŞ hökumətinə təcili xəbərdarlıq etdi

07.02.2025

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

“Amerikanın silah proqramları tamamilə yenidən nəzərdən keçirilməlidir, əks halda ABŞ növbəti müharibəni uduzacaq”.

Missiya.Az xəbər verir ki, bu barədə amerikalı biznesmen, "SpaceX", "Tesla" və "Neuralink" şirkətlərinin rəhbəri İlon Mask özünün “X” sosial media hesabında məlumat yayıb.

O bildirib ki, ABŞ-nin hazırkı strategiyası müharibə ilə mübarizə aparmaq üçün yüksək xərclə az sayda silah istehsal etməkdir. 

Mask indiki silahların müasir reallıqlara uyğun gəlmədiyini bildirib:

"Təcili və dramatik dəyişikliklər edilmədikcə, Amerika növbəti müharibəni acınacaqlı şəkildə uduzacaq", - deyə Mask vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью