Mask: ABŞ Maliyyə Nazirliyi hər il naməlum şəxslərə 100 milyard dollar ödəyir

09.02.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ-nin Maliyyə Nazirliyi naməlum şəxslərə illik 100 milyard dollar müavinət ödəyir.

APA xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Səmərəliliyi Agentliyinin rəhbəri İlon Mask “X” hesabında yazıb.

“Dünən mənə dedilər ki, hazırda şəxsi sosial sığorta nömrəsi və hətta müvəqqəti şəxsiyyətini təsdiq edən sənədi olmayan insanlara 100 milyard dollardan çox müavinət verilir. Əgər bu doğrudursa, son dərəcə şübhəlidir”, - Mask qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью