Icma.az, Baku.ws saytına istinadən bildirir.
Milyarder İlon Mask ölkənin seçilmiş prezidenti Donald Trampla birlikdə ABŞ xalqından mandat aldığını bildirib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, biznesmen bunu cümə axşamı Trampın Mar-a-Laqo mülkündə (Florida) keçirilən Amerika Birinci Siyasət İnstitutunun qala gecəsində çıxışı zamanı deyib.
"Xalq bizə mandat verib və bu, göz qabağındadır. Camaat danışıb. Xalq dəyişiklik istəyir", - Mask bildirib.
Bundan əlavə, amerikalı biznesmen zarafat edib ki, maliyyəçi Corc Sorosdan fərqli olaraq o, demokratları yox, respublikaçıları dəstəkləyir.